“Trabzonspor” “Traktor”u paylaşdı - FOTO

Türkiyə Super Liqasının güclü komandalrından olan "Trabzonspor" paylaşımı ilə diqqət çəkib.

“Trabzonspor” “Traktor”u paylaşdı - FOTO
Türkiyə Super Liqasının güclü komandalrından olan "Trabzonspor" paylaşımı ilə diqqət çəkib.

meqale.com  xəbər verir ki, komanda İranda çempionluğa əsas namizəd Təbrizin "Traktor"una dəstək olub.

Bu barədə rəsmi sosial media hesabında paylaşım edən "Trabzonspor" şərh bölümündə bu sözlə\ri qeyd edib:

"2024/2025 mövsümündə İran Pro Liqası çempionluğu yolunda inamla addımlayan Azərbaycan türklərinin qüruru "Traktor" klubunu dəstəkləyirik. Möhtəşəm tərəfdarları ilə birlikdə sərgilədikləri əzm, mübarizə və qərarlılıq sadəcə futbol meydanlarında deyil, türk dünyasının könlündə də böyük iz buraxır. "Traktor"u çıxdığı bu çempionluq yolunda təbrik edirik və uğurları ilə qürurlanmaqlarının davamını diləyirik. Yolunuzun sonu çempionluq olsun!"