Traktor magistral xətti zədələdi, bu ərazilər qazsız qaldı

İki rayonda və Sumqayıtda qaz təchizatı dayandırılıb.

Traktor magistral xətti zədələdi, bu ərazilər qazsız qaldı
İki rayonda və Sumqayıtda qaz təchizatı dayandırılıb.

meqale.com xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, "Sumqayıt-Yaşma" magistral qaz xəttini traktor qazma işləri aparan zaman zədələdiyi üçün qəza halı ilə əlaqədar olaraq qaz təchizatı 24.08.2023-cü il tarixdə saat 10:10-dan dayandırılıb.

Qeyd edilib ki, Xızı və Siyəzən rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır.