Tramp aktrisa ilə bağlı məhkəmə işində TƏQSİRLİ BİLİNDİ
Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-nin keçmiş lideri Donald Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən "Trump Organization" şirkətinin maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib.
meqale.com lente istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, eks-prezident bütün 34 maddə üzrə təqsirli bilinib.
Tramp münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş Amerika prezidenti olub.
Donald Trampın hökmü iyulun 11-nə təyin edilib.