Tramp: Ərdoğanla dostam, o, ağıllı və güclü liderdir
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla dost olduğunu deyib.
meqale.com report-a istinadən xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
Tramp Ərdoğana hörmət etdiyini vurğulayıb: "Onun da mənə hörmət etdiyini düşünürəm".