Tramp Rusiyaya iki həftə vaxt verdi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmayacağı təqdirdə onu sanksiyalarla hədələyib.

Tramp Rusiyaya iki həftə vaxt verdi
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmayacağı təqdirdə onu sanksiyalarla hədələyib.

meqale.com Report-a istinadən xəbər verir ki, ABŞ liderinin çıxışı Ağ Evin sosial şəbəkələrdəki səhifələrində yayımlanır.

Tramp vurğulayıb ki, iki həftə ərzində Ukraynadakı müharibənin həlli ilə bağlı çox mühüm qərar qəbul edəcək. Onun sözlərinə görə, belə bir qərara sanksiyalar, tariflər daxil ola bilər:

"Lazım gələrsə, mən iki həftə ərzində Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verə bilərəm".