Tramp Terminatora bənzəyir - Derrok

Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Derrok ABŞ prezidentliyinə iki namizəd - Donald Tramp və Co Baydeni müqayisə edərək, birincinin daha inamlı göründüyü qənaətinə gəlib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş diplomat bu fikri "Skay Nyus" telekanalına açıqlamasında deyib.

Derrokun sözlərinə görə, həm Tramp, həm də Bayden təbii olaraq yaddaş problemləri olan yaşlı insanlardır.

Bununla belə, eks-səfir hesab edir ki, yaş demokrat namizədin səhhətinə daha çox təsir edib.

"Trampda sarsılmaz bir şey var, o, Terminatora bənzəyir. Onun büdrədiyini və ya Baydenin bəzən göründüyü kimi yaşlı və zəif göründüyünü təsəvvür edə bilməzsiniz", - deyə Derrok bildirib.