Trampın malikanəsinə girmək istəyən şəxs saxlanıldı - FOTO

Prezident Donald Trampın Palm-Biçdəki Mar-a-Laqodaki malikanəsinə girməyə çalışan şəxs həbs edilib. 

Trampın malikanəsinə girmək istəyən şəxs saxlanıldı - FOTO
Prezident Donald Trampın Palm-Biçdəki Mar-a-Laqodaki malikanəsinə girməyə çalışan şəxs həbs edilib. 

meqale.com xarici mediaya istinadla xəbər verir ki, 32 yaşlı Bijan Arceo cinayət törətmək məqsədi ilə sərhədi pozmaqda ittiham olunub.

Polis bildirib ki, Arceo istirahət mərkəzinə xidmət qapısından daxil olub. Agentlər onun mülkə girməyə icazə verilmədiyini də bildiriblər.

Onlar Arceonun bağlı qapının cənubunda divara dırmaşdığını görüblər və onu dərhal həbs ediblər.