Trampın qulağı güllədən yaralanmayıb? - FTB

Donald Trampın Pensilvaniya ştatında keçirilən seçki kampaniyası zamanı güllə və ya qəlpə ilə yaralanıb-yaralanmaması hələ aydın deyil.

Trampın qulağı güllədən yaralanmayıb? - FTB
Donald Trampın Pensilvaniya ştatında keçirilən seçki kampaniyası zamanı güllə və ya qəlpə ilə yaralanıb-yaralanmaması hələ aydın deyil.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu FTB direktoru Kristofer Rey Nümayəndələr Palatasının Ədliyyə Komitəsində keçirilən dinləmələrdə deyib.

Onun sözlərinə görə, güllənin və ya qəlpələrin onun qulağına dəydiyinə dair bəzi şübhələr var:

"Bu güllənin qulaqdan əlavə, başqa nahiyyəyə dəyə biləcəyini bilmirəm. Amma hesab edirəm ki, atılan bütün güllələri hesaba almışıq".