Trend BİA-nın dəstəyi ilə könüllülər təşviqat dövründə 200-dən çox multimedia məhsulu hazırlayıb - FOTO
Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə prezident seçkiləri ərəfəsində təbliğat-təşviqat proseslərinə cəlb edilmiş könüllülər yanvarın 15-dən fevralın 6-dək 200-dən çox multimedia məhsulu hazırlayıb.
meqale.com bildirir ki, gənclərin hazırladığı videoreportajlar Trend BİA-nın "YouTube", "Instagram", "Telegram" və "Facebook" səhifələrində yayımlanıb.
Prosesdə daha fəal iştirak etmiş bir qrup gənc könüllüyə Trend BİA adından təşəkkürnamələr təqdim edilib.