Tsarukyanın oğlu beynəlxalq axtarışa verildi
"Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın oğlu Nver Tsarukyan 2024-cü ilin oktyabrında kurort şəhəri Tsaxkadzorda kazinolardan birində baş vermiş "mübahisə"dən sonra beynəlxalq axtarışa verilib.
meqale.com bildirir ki, bu barədə cinayət işi materiallarını məhkəməyə göndərən Baş Prokurorluq məlumat yayıb.
Oktyabrda Nver Tsarukyan, onun mühafizəçiləri və müəssisənin işçiləri arasında münaqişə baş verib, atəş səsləri eşidilib, daha sonra iş adamı və "Çiçəklənən Ermənistan"ın liderinin oğlu gizlənib.