Turistik zonada meşə yanğını: 53 nəfər öldü

Havay adalarında baş verən meşə yanğınlarında ən azı 53 nəfər ölüb.

Turistik zonada meşə yanğını: 53 nəfər öldü
Havay adalarında baş verən meşə yanğınlarında ən azı 53 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Maui dairəsinin idarəsi (Havay ştatı) bildirib.

"Yanğınsöndürmə işləri davam edərkən daha 17 nəfərin öldüyü təsdiqlənib. Bununla da ölənlərin sayı 53-ə çatıb", - deyə qeyd olunub.

Bundan əvvəl 36 nəfərin öldüyü bildirilirdi.