Türk aktyor Ancelina Coli ilə eyni filmdə çəkiləcək

Türkiyəli aktyor Haluk Bilginer Hollivud ulduzu Ancelina Coli ilə tərəf müqabili olacaq.

Türk aktyor  Ancelina Coli ilə eyni filmdə çəkiləcək
Türkiyəli aktyor Haluk Bilginer Hollivud ulduzu Ancelina Coli ilə tərəf müqabili olacaq.

meqale.com axşam.az-a istinadən bildirir ki, ikili "Maria" filmində rol alacaq. Haluk "Aristotel Onassis", Ancelina isə "Mariya Kallas" obrazlarına həyat verəcəklər.

Qeyd edək ki, film yunan əsilli Amerika opera müğənnisi, sopranoya (red. - ən zil müğənni səsi) malik Mariya Kallasın həyatından bəhs edəcək.