Türk ordusundan terrorçulara qarşı əməliyyatda möhtəşəm performans

Türk ordusu terrorçulara qarşı keçirilən hava əməliyyatında 29 hədəfi məhv edib.

Türk ordusundan terrorçulara qarşı əməliyyatda möhtəşəm performans
Türk ordusu terrorçulara qarşı keçirilən hava əməliyyatında 29 hədəfi məhv edib.

meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

"İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatlarında 29 hədəf məhv edilib, çoxlu sayda terrorçunun zərərsizləşdirilib" - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, dekabrın 23-ü "Pençe-Kilit" Əməliyyatı bölgəsində baza ərazisinə sızmağa çalışan terrorçularla başlayan qarşıdurmada altı türk əsgəri şəhid olub, bir əsgər yaralanıb.