Türkiyə 3 varianta baxır: İran, Azərbaycan və Xəzər…

Türkiyə Türkmənistandan təbii qazın nəqlinin təşkili üçün müxtəlif variantları nəzərdən keçirir: İran ərazisindən, Azərbaycandan tranzitlə, o cümlədən Xəzərin dibi ilə boru kəməri ilə vasitəsilə.

meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar "Foreks"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara ən qısa zamanda 2 milyard kubmetr türkmən qazının idxalını təşkil etməyə hazırdır:

"Türkmən qazının gəlişi üçün ilk alternativ İran vasitəsilə mübadilədir. İkinci variant İran və Azərbaycan vasitəsilə svop, sonuncusu isə Xəzər dənizindən qazın boru kəməri ilə çatdırılmasıdır".