Türkiyə-Azərbaycan Universitetində təhsil alan tələbələr hansı diplomu alacaq?

Türkiyə-Azərbaycan Universiteti bu il fəaliyyətə başlayacaq. Layihənin ən mühüm xüsusiyyəti Türkiyənin ən köklü və güclü universitetlərinin proqramlarını eyni vaxtda bir universitet altında bir araya gətirməkdir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar deyib.

O qeyd edib ki, Bakıda təhsil ilk növbədə səhiyyə, mühəndislik və informatika sahələrində veriləcək.

"Qəyyumlar Şurası daha sonra hansı proqramların açılacağını müəyyənləşdirəcək. Qəyyumlar Şurası Türkiyə və Azərbaycandan ali təhsil sahəsində ekspertlərdən ibarət olacaq. Buraya təkcə azərbaycanlı tələbələr deyil, dünyanın hər yerindən maraqlananlar müraciət edə bilər.