Türkiyə bu danışıqlara ev sahibliyi etməyə hazırdır
Türkiyə Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə XİN-dən diplomatik mənbələr xarici işlər naziri Hakan Fidanın belaruslu həmkarı Sergey Aleyniklə görüşünün nəticələrinə dair bildirib.
Qeyd olunub ki, H. Fidan görüş zamanı "Ukraynadakı müharibə beynəlxalq hüquq əsasında bitməlidir. Tərəflər arasında iradə olarsa, Türkiyə danışıqlara ev sahibliyi etməyə hazırdır", - deyə belaruslu həmkarına bildirib.
Tərəflər həmçinin Qəzzada baş verən hadisələri də müzakirə ediblər.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun