Türkiyə Ermənistanla sərhədə texnika yerləşdirdi... – Poqosyan

Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirib.

Türkiyə Ermənistanla sərhədə texnika yerləşdirdi... – Poqosyan
Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Gümrüdən olan erməni hüquq müdafiəçisi Karapet Poqosyan çıxış edib.

Poqosyan bildirib ki, Türkiyənin sərhədə yerləşdirdiyi hərbi texnika 155 mm-lik təkərli artilleriya və 120 mm-lik minaatanlardır:

"Onları sərhəddən gözlə görmək mümkündür. Son 100 ildə belə bir hadisə baş verməyib. Orada sərhədçilər həmişə olur, indi artilleriya sistemləri də yerləşdiriblər. Bura Canfida istiqamətidir. Sərhəd qoşunlarında artilleriya yoxdur, çünki onların funksiyası sərhəd pozucularını həbs etməkdir, artilleriya isə hücum silahıdır. Türkiyə qeyri-sabitliyin olduğu sərhədyanı ölkələr istiqamətində hücum silahları yerləşdirir. Fikrimcə, bütün bunlar Ermənistan hakimiyyətinin antirusiya siyasətindən qaynaqlanır. Böyük ehtimalla, bu hakimiyyət rusları təxribata çəkməyə çalışacaq, bundan sonra Türkiyə Ermənistana müdaxilə edəcək".

K.Poqosyan hesab edir ki, Rusiya sərhədçiləri Zvartnots hava limanından çıxarıldıqdan sonra Türkiyə-Ermənistan sərhədindən də çıxarılacaq.