Türkiyə ilə sərhədlərin açılacağına ümid edirik - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhəddə nəzarət-buraxılış məntəqələrinin açılması barədə razılaşmanın yaxın zamanlarda reallaşacağına ümidini ifadə edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Nikol Paşinyan bunu parlamentdə 2024-cü il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib.

"Ümid edirəm ki, yaxın zamanlarda Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin sərhədlərin açılması barədə danışıqlarında əldə olunan razılaşmanı reallaşdıra biləcəyik. Bu mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması planlaşdırılır", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, hazırda nəzarət-buraxılış məntəqələrində infrastrukturun bərpası işləri görülür.

Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb. Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib.