Türkiyə İsrail qırıcıları üçün yanacaq satır? - Açıqlama

Bəzi sosial media səhifələrində "İsrail qırıcıları üçün Türkiyə yanacaq verir" iddiaları həqiqəti əks etdirmir.

Türkiyə İsrail qırıcıları üçün yanacaq satır? - Açıqlama
Bəzi sosial media səhifələrində "İsrail qırıcıları üçün Türkiyə yanacaq verir" iddiaları həqiqəti əks etdirmir.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir.

"Nəzərə çatdırırıq ki, İsrailə yanacaq göndərilmir. Türkiyə ərazisindəki hava limanlarında İsrailə məxsus mülki təyyarələr üçün yanacaq satın alınır. Satılan yanacaq tamamən mülki təyyarələr üçündür. Manipulyativ informasiyalara etibar etməyin", - deyə bildirilib.