Türkiyə Mərkəzi Bankı bu gün faiz dərəcəsi üzrə qərarını açıqlayacaq
Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul-Kredit Siyasəti Komitəsinin iclası keçiriləcək.
meqale.com Trend-ə istinadən bildirir ki, iclasdan sonra Mərkəzi Bank faiz dərəcəsi üzrə qərarını açıqlayacaq.
Xatırladaq ki, iyunun 22-də baş tutmuş iclasdan sonra Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırmışdı.