Türkiyə millisində yeni baş məşqçi - FOTO
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz vəzifəsindən uzaqlaşdırılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Məlumata görə, Türkiyə Futbol Federasiyası artıq yeni baş məşqçi ilə də anlaşıb. Bu şəxsin italiyalı Vinçenso Montella olduğu bildirilir.