Türkiyə millisinin baş məşqçisi istefaya göndərildi
Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Ştefan Kuntsla yollarını ayırıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Federasiya almaniyalı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını açıqlayıb.
Qeyd edək ki, Ştefan Kunts 2021-ci ildən Türkiyə millisinə rəhbərlik edib.