Türkiyə, Misir və İsrail koordinasiya qrupu yaratdı

Türkiyə, Misir və İsrail yaralıların Qəzza zolağından çıxarılması üzrə koordinasiya qrupu yaradıb.

Türkiyə, Misir və İsrail koordinasiya qrupu yaratdı
Türkiyə, Misir və İsrail yaralıların Qəzza zolağından çıxarılması üzrə koordinasiya qrupu yaradıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "X" sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Misirdən olan həmkarları ilə danışıqlar aparıb.

"Qəzzadakı Türkiyə-Fələstin Dostluq Xəstəxanasından onkoloji xəstələr, ilk növbədə, uşaqların Misirdəki xəstəxanalara daşınması ilə bağlı razılaşma əldə olunub. Türkiyənin tibb işçiləri misirli həmkarları ilə birlikdə Qəzzadan olan xəstələri müalicə edəcək. İkinci mərhələdə vəziyyəti buna imkan verən xəstələrin təyyarə ilə Türkiyəyə göndərilməsi planlaşdırılır", - deyə nazir əlavə edib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun