Türkiyə MN Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
meqale.com xəbər verir ki, bu barədə nazirlik özünün "X" sosial hesabında yazıb.
"32 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyir, azərbaycanlı qardaşlarımızın dərdini paylaşırıq", - deyə bildirilib.