Türkiyə NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyasına qatılıb

Türkiyə iki F-16 ilə NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyasına qatılıb.

Türkiyə NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyasına qatılıb
Türkiyə iki F-16 ilə NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyasına qatılıb.

meqale.com TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik, NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyası çərçivəsində Qərbi Qara dənizdə həyata keçirilən ikitərəfli təlim missiyasına 1-ci Baş Jet Baza Komandanlığının iki F-16 təyyarəsi ilə qatıldığını açıqlayıb.

Milli Müdafiə Nazirliyinin sosial media hesabında təlim missiyasında iştirak edən təyyarələrin görüntüləri də paylaşılıb.