"Türkiyə ordusu bizi iflic edib"
Türkiyə ordusu PKK/YPG-nin mövqelərinə gün ərzində ən azı 80 PUA hücumu edir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu YPG/PKK terrorçu şəbəkəsinin komandanı "Məzlum Kobani" kod adlı Fərhad Abdi Şahin ABŞ mediasına açıqlamasında deyib.
"Davamlı olaraq "hücum" altındayıq. Güclü artilleriya atəşi var. Bu vəziyyət bizi iflic edib", - terrorçuların lideri bildirib.