Türkiyə Rusiyadan amfibiya təyyarələri almaq niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə meşə yanğınlarının söndürülməsi üçün əlavə amfibiya təyyarələrinin alınmasını müzakirə edəcək.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti NATO sammitində açıqlayıb.
"Ümid edirəm ki, Putinlə mən Rusiyadan bir neçə əlavə amfibiya təyyarəsi almaq məsələsini müzakirə edəcəyik. Çünki bu təyyarələr yanğınların söndürülməsində çox effektivdir", - o bildirib.