Türkiyə yanvar-noyabr aylarında İrana kimyəvi maddə ixracını azaldıb

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında İrana kimyəvi maddə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz azaldaraq 490,8 milyon dollara çatdırıb.

meqale.com xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə İrana kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 2,8 faiz azaldaraq 49 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azalaraq, 27,9 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 2,9 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 11,9 faiz çoxdur.