Türkiyəda güclü zəlzələ oldu

Türkiyənin qərbində yerləşən Manisa şəhərində 5 maqnitudalı zəlzələ olub.

Türkiyəda güclü zəlzələ oldu
Türkiyənin qərbində yerləşən Manisa şəhərində 5 maqnitudalı zəlzələ olub.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.

Məlumata görə, yeraltı təkanların ocağı 12,7 km dərinlikdə yerləşib. Zəlzələ yerli vaxtla 01:36-də (Bakı vaxtı ilə 02:36) qeydə alınıb. Təbiət hadisəsinin episentri Soma yaşayış məntəqəsində olub.

Ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi zəlzələni 4,8 maqnitudada qiymətləndirib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.