Türkiyədə 200-dən çox narkotik ticarətçisi saxlanıdı
Türkiyənin 55 vilayətində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə keçirilən Narkoçelik əməliyyatı çərçivəsində 250 narkotik ticarətçisi saxlanılıb.
meqale.com-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, əməliyyat nəticəsində 1 ton 19 kq narkotik vasitə və 1 milyon 23 min narkotik həb ələ keçirilib.