Türkiyədə 3300 illik tarixi olan tikili aşkarlandı - FOTO
Arxeoloqlar Türkiyənin Çorum şəhərində yerləşən Şapinuva ərazisində 3 min 300 illik tarixi olan qədim tikili aşkarlayıblar.
meqale.com Trend-ə istinadən bildirir ki, tədqiqatçılar bu tikilinin taxıl anbarı olduğunu bildiriblər.
Qazıntı işlərinin rəhbəri Öndər İpək anbarın 150 ton taxıl tutumuna malik olduğunu və bu cür anbarların xüsusilə qıtlıq dövründə son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.