Türkiyədə 5 jurnalist həbs edildi
Türkiyə Bələdiyyələr Birliyinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə reaksiyalar davam edir.

Meqale.com - xəbər verir ki, istanbullular küçələrə axışaraq etiraz aksiyası keçiriblər. Hadisələr fonunda AFP-nin müxbiri Yasin Akgül, İBB Fotomüxbiri Kurtuluş Arı, müxbir Hayri Tunç, müxbir Zeynep Kuray, Bakırköy bələdiyyəsinin foto müxbiri Gökhan Kam "toplantı və nümayişlər haqqında qanunu pozmaq" ittihamı ilə həbs edilib.