Türkiyədə ağır avtobus qəzası : 11 ölü, 26 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

11:13 Ankaranın Polatlı rayonunda baş verən dəhşətli avtobus qəzası nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Türkiyədə ağır avtobus qəzası : 11 ölü, 26 yaralı - YENİLƏNİB - VİDEO - FOTO
11:13 Ankaranın Polatlı rayonunda baş verən dəhşətli avtobus qəzası nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Ankara valisi Vasip Şahin xəbər verib.

O, qəzanın səbəbləri barədə ilk versiyanın sürücünün yorğunluğu olduğunu bildirib. "İlkin məlumatlara görə, sürücünün yuxuya getdiyi ehtimal olunur. Təəssüf ki, sürücü də qəzada dünyasını dəyişib", - deyə o, vurğulayıb.

Ədliyyə naziri Yılmaz Tunç isə qəza ilə əlaqədar Ankara Qərb Prokurorluğu tərəfindən cinayət işinin açıldığını və üç prokurorun işə cəlb edildiyini açıqlayıb.

-------- 09:57 Türkiyənin paytaxtı Ankarada ağır yol qəzası baş verib.

Trend "TRT Haber"ə istinadən xəbər verir ki, sərnişin avtobusu körpü dirəyinə çırpılıb.

Qəza nəticəsində 9 nəfər həyatını itirib, 26 nəfər yaralanıb.