Türkiyədə ağır qəza - ölənlər var

Türkiyənin cənubunda "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) inşa edildiyi Mersin şəhərində iki avtobus və bir minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Hadisə zamanı işçiləri tikinti sahəsinə aparan avtobusun sürücüsü idarəetməni itirib, bununla da o, avtomobil və digər avtobusla toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.