Türkiyədə ağır yol qəzası - ölən və yaralananlar var
Türkiyənin Aksaray şəhərinin Sultanhanı rayonunda minik avtomobili yoldan çıxaraq aşıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində avtomobildəki üç sərnişindən biri yerindəcə keçinib. Sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.