Türkiyədə avtovağzalda silahlı insident - Yaralılar var
Türkiyənin Şanlıurfa şəhərində avtovağzalda silahlı atışma baş verib.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "TRT" məlumat yayıb.
Qeyd olunub ki, avtovağzala gələn qrupla terminalın kassirləri arasında dava düşüb. Dava zamanı dəyənək və odlu silahlardan istifadə edilib.
Hadisə zamanı biri polis olmaqla 11 nəfər yaralanıb.