Türkiyədə baş vermiş zəlzələdə 100-ə yaxın insan yaralanıb, binalara ziyan dəyib - YENİLƏNİB - VİDEO - FOTO

--------

Türkiyədə baş vermiş zəlzələdə 100-ə yaxın insan yaralanıb, binalara ziyan dəyib - YENİLƏNİB - VİDEO - FOTO
--------

16:59

Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində Elazığda 94 nəfər yaralanıb, 2 binaya ciddi ziyan dəyib.

meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Qeyd edək ki, səhər saatlarında Malatyanın Kale rayonunda 5,9 bal gücündə baş verən zəlzələ ətraf bölgələrdədə də hiss olunub. --------

13:21

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.

meqale.com bildirir ki,  bu barədə Malatya valisi Səddar Yavuz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkanları sürətlə düşdüyünə görə xəsarət alıb.

--------

13:21

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.

meqale.com sfera.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

---------

12:25

İlkin məlumata görə ölən yoxdur.

Malatyada məktəblərdə 1 günlük tədris dayandırıldı.

-------

12:05

Türkiyədə güclü zəlzələ olub.

meqale.com xəbər verir ki, Malatyada 5.9 ballıq zəlzələ baş verib.

AFAD-ın yaydığı məlumatda qeyd olunur ki, zəlzələ Diyarbakır, Elazığ və Malatyada hiss olunub.

Zəlzələ Türkiyə vaxtı ilə 10:46-da baş verib.