Türkiyədə bələdiyyə sədri prokurorluğa çağırıldı
Beyoğlu səmtinin bələdiyyə sədri İnan Güney İstanbul Respublika Prokurorluğuna çağırılıb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Onun İBB işi üzrə dindirildiyi bildirilib. Digər təfərrüatlar açıqlanmayıb.