Türkiyədə bu 3 partiya birləşir - Yenisi qurulacaq

Türkiyədə "Gələcək" , "Səadət" və "DEVA" Partiyaları birləşərək "Yeni Yol" adlı yeni siyasi partiya yaradacaqlar.

Türkiyədə bu 3 partiya birləşir - Yenisi qurulacaq
Türkiyədə "Gələcək" , "Səadət" və "DEVA" Partiyaları birləşərək "Yeni Yol" adlı yeni siyasi partiya yaradacaqlar.

meqale.com Türk mediasına istinadla xəbər verir ki, hər bir partiya 13 təsisçinin adını müəyyən edəcək və yeni partiyanın lideri deputat olmayan bir şəxs seçiləcək. Yeni partiyanın qurulması ilə əlaqədar müraciət yanvarın 10-u və ya 13-də Türkiyə Daxili İşlər Nazirliyinə təqdim ediləcək.

Səadət, Gələcək və DEVA partiyaları isə öz fəaliyyətlərini davam etdirəcəklər. Yeni partiyanın yaranması ilə TBMM-də yeni bir fraksiya yaradılacaq.

Partiya rəhbərləri, Əhməd Davudoğlu, Mahmud Arıkan və Əli Babacanın ictimaiyyətə birgə açıqlama verməsi gözlənilir.