Türkiyədə instaqrama giriş buna görə bloklanıb - YENİLƏNİB
Türkiyədə instaqram sosial şəbəkəsinə giriş bağlanıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, şəbəkəyə giriş məhdudlaşdırılıb.
Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara instaqramın qadağa qoyması göstərilir.
Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da məsələyə münasibət bildirib: "İnsanların başsağlıqlarına görə ölkədə instaqrama girişin məhdudlaşdırılmasını şiddətlə qınayıram. Bu, konkret olaraq senzuradır".
------
09:04
Türkiyədə "Instagram"a giriş bağlanıb.
meqale.com metbuat.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi qərar verib.
Qadağanın nə vaxta qədər davam edəcəyi və nə ilə bağlı olması haqqında isə hər hansı bir məlumat verilmir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun