Türkiyədə işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb, 30 nəfər xəsarət alıb - FOTO
Türkiyənin Manisa vilayətində işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə nəticəsində biri ağır olmaqla 30 nəfər yaralanıb.
Əkinçiliklə məşğul olan işçiləri daşıyan mikroavtobus İstanbul-İzmir yolunun Soma-Savaştepe hissəsində minik maşını ilə toqquşub.
Zərbənin təsirindən mikroavtobus aşıb.
Yaralılar xəstəxanay yerləşdirilib, qəza ilə bağlı araşdırmalara başlanılıb.