Türkiyədə limanda partlayış baş verib, yaralılar var

Türkiyənin Kocaeli şəhərinin Derince limanındakı depoda partlayış olub.

Türkiyədə limanda partlayış baş verib, yaralılar var
Türkiyənin Kocaeli şəhərinin Derince limanındakı depoda partlayış olub.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə TRT məlumat yayıb.

İlkin məlumata görə, partlayış nəticəsində 4 nəfərin yaralandığı bildirilib.

Qeyd olunub ki, bölgəyə çoxlu sayda xilasedici və yanğınsöndürən maşınlar göndərilib.