Türkiyədə məktəb avtobusu qəzaya düşdü - 10 yaralı

Hadisə Bursanın İnegöl rayonunda baş verib və təhlükəsizlik kamerasına düşüb.

Türkiyədə məktəb avtobusu qəzaya düşdü - 10 yaralı
Hadisə Bursanın İnegöl rayonunda baş verib və təhlükəsizlik kamerasına düşüb.

Qəza saat 17:00 radələrində İnegölün Akhisar Mahallesi, Karalar Yolu prospektində baş verib.

meqale.com xəbər verir ki, Cerrah Mahallesindəki özəl məktəbdən ibtidai və orta məktəb şagirdlərini evlərinə aparan 56 yaşlı Ataman G.-nin idarə etdiyi servis mikroavtobusu, U dönüşü edən 45 yaşlı Nazan T.-nin avtomobilinə yandan çırpılıb.

Toqquşma nəticəsində nəqliyyat vasitələri yoldan çıxıb və hər iki sürücü ilə yanaşı servis mikroavtobusundakı 9 şagird və bir müəllim yaralanıb: Elif Su T. (10 yaş) Mehmet Yusuf A. (12 yaş) Nilhan A. (7 yaş) Mehmethan G. (8 yaş) Zehra A. (8 yaş) Elif K. (7 yaş) Semih T. (30 yaş) Müəllim Gizem A. (24 yaş)

Hadisə yerinə çoxlu sayda təcili yardım, polis və yanğınsöndürən briqadaları cəlb edilib. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra İnegöl Dövlət Xəstəxanasına aparılıb.