Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir - FOTO
Türkiyənin İzmir bölgəsində Səlcuq və Menderes rayonlarında dünəndən başlayan meşə yanğınlarını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışırlar.
meqale.com APA-ya istinadən bildirir ki, Səlcuq-Kuşadası avtomobil yolunun yanındakı meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğın gecə boyu davam edib.
Dünən gecə hava qaralınca kəsilən hava müdaxiləsi günün erkən saatlarında vertolyot və təyyarələrlə davam etdirilib.