Türkiyədə meşə yanır - Helikopterlər cəlb olundu

Türkiyənin Əskişəhər vilayətinin Alpu mahalının Beyazaltın səmtində meşədə yanğın baş verib.

Türkiyədə meşə yanır - Helikopterlər cəlb olundu
Türkiyənin Əskişəhər vilayətinin Alpu mahalının Beyazaltın səmtində meşədə yanğın baş verib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, əraziyə Əskişehir Meşə İdarəsinin yanğınsöndürmə qrupları cəlb edilib.

Eyni zamanda, alovların söndürülməsi işlərinə 4 helikopter və 1 təyyarə ilə havadan dəstək verilir.

Əraziyə, həmçinin, 5 su çəni, 2 su tankeri və ekoloji yanğınsöndürənlər müdaxilə edirlər.