Türkiyədə meşəlik ərazini yandıran şəxs kameraya düşdü - VİDEO
Türkiyənin Çanaqqala vilayətinin Bozcaada rayonunda meşəlik əraziyə daxil olan otlaq sahəni yandıraraq hadisə yerindən qaçan şəxs təhlükəsizlik kamerasına düşüb.
meqale.com oxuya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Tüstünü görən sakinlər dərhal yanğınsöndürmə xidmətinə müraciət ediblər.
Hadisə yerinə gələn qrupların müdaxiləsindən sonra alovun böyüməsinin qarşısı alınıb.
Hazırda polis yanğını törədən şəxsin saxlanılması istiqamətində əməliyyata başlayıb.