Türkiyədə partlayış - Ölən və yaralananlar var

İstanbulun Bahçelievler rayonu Şirinevlər məhəlləsində yerləşən binada güclü partlayış olub.

Türkiyədə partlayış - Ölən və yaralananlar var
İstanbulun Bahçelievler rayonu Şirinevlər məhəlləsində yerləşən binada güclü partlayış olub.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə mediası bildirib.

Məlumata görə, 6 mərtəbəli binanın ən üst mərtəbəsində baş verən partlayışa təbii qaz səbəb olub.

Partlayış nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə heyətləri cəlb olunub.