Türkiyədə sərnişin avtobusu qəzaya uğradı: 9 ölü, 30 yaralı
Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb.
Hadisənin səbəbi hələlik məlum deyil.