Türkiyədə sərnişin avtobusu yandı - FOTO
İstanbul-İzmir magistral yolunda hərəkət edən sərnişin avtobusu naməlum səbəbdən Bursa vilayətindəki Orhangazi tunelinin girişində yanıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, alov qısa müddətdə bütün avtobusa yayılıb, 39 sərnişin dərhal təxliyə edilib.
Tüstüdən zəhərlənən 3 sərnişinə yerində tibbi yardım göstərilib. Ümumilikdə 16 sərnişin yaxınlıqdakı xəstəxanaya göndərilib. Onların həyatları ilə bağlı təhlükənin olmadığı bildirilib.