Türkiyədə təhsil alan kursantlarla görüş keçirildi - FOTO

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasına səfər edib.

Türkiyədə təhsil alan kursantlarla görüş keçirildi - FOTO
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasına səfər edib.

meqale.com bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Ulu Öndərlərin xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Sonra Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyənin Milli Müdafiə Nazirliyi, müxtəlif qoşun növü komandanlıqları, eləcə də bir neçə hərbi təhsil müəssisəsində olub və bir sıra görüşlər keçirib. Keçirilən görüşlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, bu istiqamətdə görüləcək işlər, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.